Sel Ankarada ciddi fəsadlar törədib

Sel Ankarada ciddi fəsadlar törədib
  10 İyun 2019    Oxunub:1628
Bu gün axşam saatlarında Ankarada yağan güclü yağış sel və daşqına səbəb olub.
Azvision.az “Anadolu”ya istinadən xəbər verir ki, əlverişsiz hava paytaxtın Etimesgut rayonunda böyük problemlər yaradıb.

Belə ki, sel və daşqın ictimai nəqliyyatı iflic edib, çox sayda nəqliyyat vasitəsi tunellərdə və çökəklik ərazilərdən keçən yollarda qalıb.

Sel aparan 56 yaşlı Ayşe Arslan adlı qadın vəfat edib.

Təsərrüfata dəyən zərərin aradan qaldırılması üçün tədbirlər görülür.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Ankara   Sel  





Xəbər lenti