Qazaxıstanda prezident seçkiləri başa çatıb

Qazaxıstanda prezident seçkiləri başa çatıb
  09 İyun 2019    Oxunub:1665
Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib.
Azvision.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayıb, 20:00-də başa çatıb.

Seçicilərin səs verməsi üçün ölkə ərazisində və kənarda 9968 seçki məntəqəsi fəaliyyət göstərib. 11 milyon 814 min 19 vətəndaşın səsvermə hüququna malik olduğu müəyyən edilib.

Onlardan 77.4 faizi səsvermədə iştirak edib.

Prezident postu uğrunda Nursultan Nazarbayevin istefa verməsindən sonra müvəqqəti dövlət başçısı təyin edilmiş Kasım-Jomart Tokayev daxil olmaqla yeddi namizəd mübarizə aparır.

Qeyd edək ki, Qazaxıstanda prezident beş il müddətinə seçilir. Namizədlər seçkilərdə qalib gəlmək üçün seçicilərin 50%-dən çoxunun səsini toplamalıdır. Əgər heç bir namizəd lazımi səsi toplamasa, ikinci tur keçiriləcək.

Azvision.az


Teqlər: Qazaxıstan   Prezident   Seçki  





Xəbər lenti