Çox dil bilmək insanı dəyişirmi?

Çox dil bilmək insanı dəyişirmi?
  06 Oktyabr 2014    Oxunub:11713
1941-ci ildə vəfat edən amerikalı linqvist Bencamin Li Uorf hesab edirdi ki, hər bir dil özündə xüsusi dünyagörüşünü ehtiva edir. Bu isə öz növbəsində həmin dilin daşıyıcısına güclü təsir göstərir. Yəni, 1, 2, yaxud 3 dil bilmək insanın şəxsiyyətinə təsir göstərir.
Bəs bu iddia təsdiq olunubmu? Bir neçə dil bilmək insanın xarakterinə həqiqətənmi təsir göstərir?

Dilçi alimlərin fikrincə, Uorf özünün linqvistik relyativizm hipotezində dillərin insan fəaliyyəti və transsendentlik sərhədindəki formalaşma probleminə toxunub. “Dilin təmizliyi” sadəcə, müəyyən məqsədlərə çatmaq üçün istifadə olunan yalandır. Başqa dilləri bilmək ana dili üçün təhlükə törətmir. Çünki hər birimiz ilk dəfə məhz ana dilimizdə danışmağa başlamışıq. Bu, yalnız bir dəfə ola bilər. Bizim özünüdərkimiz həyatımız boyu dəyişən və inkşaf edən hissələrdən ibarət olduğuna görə genişdir. Yəni, yalnız statik və dəyişməz anlayışlarla deyil, həm də özünüdərk, mədəni, dil səviyyəsində dəyişən və inkşaf edən dinamik hissələrdən ibarətdir.

1960-cı illərdə Kanada alimlərinin tədqiqatları nəticəsində məlum oldu ki, bilinqvlər (iki dili təmiz bilən insanlar) sosial və koqnitiv vərdişlərin daha erkən inkşaf etməsilə fərqlənirlər. Bilinqvizm zehni xüsusiyyətlərin və analitik qabiliyyətlərin formalaşmasına şərait yaradır. Bundan başqa, dillərə xüsusi maraq insanı metalinqvistik vərdişlərin əldə olunmasına aparır. İctimai nöqteyi-nəzərdən bilinqvlərə xarici dil daşıyıcısı ilə ünsiyyət daha asandır.

1990-cı illərdə alimlər sosial-iqtisadi şəraitlərinə görə, kasıb və varlı olan bilinqv-uşaqlarla adi uşaqların oxumağı öyrənmək qabiliyyətini müqayisəli şəkildə təhlil ediblər. Ən yaxşı nəticəni imkanlı ailələrdən olan bilinqvlər, sonrakı yerləri isə imkanlı ailələrdən olan adi uşaqlar, daha sonra isə aztəminatlı ailələrdən olan adi və bilinqv uşaqlar əldə edib. Bu, bilinqvizmin koqnitiv səviyyədəki rolunu əyani şəkildə göstərir.

Hər kəs bilinqv ola bilər. Bundan başqa, bizim planetdə əksər insanlar bir dildən artığını bilir. Əsas məsələ bilinqvizm adı altında nəyin başa düşüldüyüdür. Ənənəvi olaraq iki dili mükəmməl bilənlər bilinqv hesab olunur. Amma biz çox vaxt hətta öz ana dilimizi də tam bilmirik. Məsələn, öz ana dilində insanlar elmi teoremlər və dieta haqqında eyni səviyyədə danışa bilirmi?

Eyni məsələ iki yaxud daha artıq dil bilənlərə də aiddir. Yəni, insan bir dildə təmiz danışa və yaza bilər, eyni vaxtda başqa dildə tam anlaya bilsə də, danışmaqda çətinlik çəkə bilər. Müəyyən hallarda dillərdən birindən daha çox professional həyatda istifadə olunursa, digər dildən mətbəxdə danışmaq daha rahat olur.

Bu nöqteyi-nəzərdən verbal repertuar anlayışı bizə bu ya digər anlarda hansı dilləri bildiyimizi dərk etməkdə yardımçı olur. Bu repertuar bizim ünsiyyətdə olduğumuz və həyatımızın müəyyən məqamlarında istifadə etdiyimiz bütün dilləri özündə cəmləşdirir. Yəni, verbal repertuar bütün dil təcrübəmizdən formalaşır.


Teqlər:  





Xəbər lenti