Moldova parlamenti istefaya göndərildi
P.Filipin sözlərinə görə, Demokratik partiya növbədənkənar seçkilərin keçirilməsinə qarşı olub, lakin yaranmış vəziyyətdə başqa seçim yoxdur.
Ölkə parlamenti, öz növbəsində, beynəlxalq strukturlara, o cümlədən BMT Təhlükəsizlik Şurasına müraciət etmək niyyətində olduğunu və Pavel Filipin prezident təyin edilməsinin qanunsuz olmasına dair bəyannamə qəbul etdiyini bildirib.
Bundan əlavə, deputatlar bütün hüquq-mühafizə orqanlarını hakimiyyəti ələ keçirənlərə tabe olmamağa, bunun əvəzinə qanuni hakimiyyət tərəfinə - parlament, hökümət və prezident - keçməyə çağırıblar.
Xatırladaq ki, daha əvvəl Moldovanın Konstitusiya məhkəməsi prezident İqor Dodonun səlahiyyətlərini müvəqqəti olaraq baş nazir vəzifəsini icra edən Pavel Filipə verib.
Bu qərar parlamenti istefaya göndərmək və növbədənkənar seçkilər təyin etmək məqsədi ilə qəbul edilib.
Bildirilib ki, ölkə prezidentinin parlamenti istefaya göndərmək istəməməsi konstitusiya öhdəliklərinə əməl etməməsi kimi qiymətləndirilib. (Trend)
Azvision.az