Avstraliyada yengəc köçü - FOTOLAR

Avstraliyada yengəc köçü - FOTOLAR
  25 Noyabr 2013    Oxunub:8153
Hər il yerli vaxtla desək yazın son günlərində Avstraliyanın Kristmas adları yengəcə bürünür. Təxminən 40 milyonda çox yengəc bir qayda olaraq adanın şimal qərbindən dənizə doğru köç edir.



Miqrasiya oktyabr, noyabr, bəzən də dekabrda, daha dəqiq desək ilk güclü yağışlar yağanda başlayır. Havada olan rütubət quraqlığa çox da davamı olmayan yengəclərə 5 günlük yolu rahatlıqla qət etməyə imkan yaradır. Doğma Kristmas adasından yola düşən yengəclər rütubətli meşələrdən keçməklə Hind okeanına çatanadək 9 kilometrlik məsafə qət edirlər.



Yengəclərin “Boyük köçü” ərəfəsində Avstraliya parkları gücləndirilmiş iş rejiminə keçirlər. Yengəclərin təhlükəsizliyini təmin etmək üçün, yeraltı yollar və keçidlər bağlanır, müəyyən yerlərdə müvəqqəti sədlər çəkilir. Yengəclər keçən yerlərdə nəqliyyatın hərəkəti dayandırılır.



Mənzil başına yetişəndən sonra yengəclər arasında isti qum arasında sığınacaq üstündə mübarizə başlayır. Erkəklərdən bir iki gün sonra çatan dişilər gələndən sonra isə “ toy-nişan” olur. Yengəclər adətən suda yumurta qoyurlar.



Hava şəraiti ilə əlaqədar olaraq bu ilki köçün 7- 18 gün tez başladığı bildirilir. Onu da qeyd edək ki, yengəclər yalnız səhər və axşam saatlarında hava sərin olanda hərəkətə başlayırlar. Odur ki, bu köç ərəfəsində avstraliyalılar səbr nümayiş etdirməyə məcburdurlar.



S. Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti