Nazirlik söz verdi - Bu il kombayn problemi olmayacaq

  27 May 2019    Oxunub : 764
 Nazirlik söz verdi - Bu il kombayn problemi olmayacaq
"Bu il taxıl biçini zamanı kombayn verilməsində problem yaranmayacaq".
Azvision.az xəbər verir ki, bunu nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib. O bildirib ki, problemlərin olmaması üçün nazirlik bir sıra qərarlar qəbul edib

"Aqrolizinqin bazasında aqroservislərdə olan 595 kombayn operativ lizinqə verilib. Kombaynların lizinqə götürən mexanizatorlar qarşısında şərt qoyulub ki, ilkin mərhələdə 50 hekrardan artıq sahələrdə biçin aparmayacaqlar. İkinci şərt odur ki, kombayn hansı rayon ərazisindən götürüblərsə, o ərazidə də biçin aparacaqlar. Məsələn, Ağsu rayonundan kombaynı götürən mexanizator Neftçalada biçin apara bilməz. Bunun üçün kombaynlar GPS aparat quraşdırılıb, onların dislokasiya ərazisindən kənara çıxmamağına nəzarət olunacaq".

V.Hüseynov qeyd edib ki, ölkədə 1 milyon 83 min hektarda taxıl əkilib və taxıl sahələrinin 89 faizi 50 hektardan aşağıdır. "Yalnız 11 faizində 50 hektardan böyük taxıl sahələridir. Böyük fermer təsərrüfatlarına tövsiyyə edirik ki, öz kombaynlarını alsınlar, dövlətin sosial xarakterli layihələrindən yararlanmasınlar".

Nazirlik sözçüsü, həmçinin hektara görə biçin qiymətinin maksimum həddinin də müəyyənləşdirdiliyini qeyd edib.

"Ötən il taxıl biçini hektara görə 30 manat idi, amma heç kim 30 manat vermirdi. Təlabat yüksək olduğu üçün 40,50,70 manata da biçirdilər. Qiyməti reallıqda olandan kağız üzərində olana salmışıq, hekrara görə 38 manat müəyyənləşib və bundan artıq qiymət verə bilə bilməzlər. Əsas məsələ taxıl biçini minimum itki ilə başa vurmaqdır. Taxılın əsas hissəsi, 50 faizdən çoxu Aran rayonlarında əkilib".

V.Hüseynov bu həftədən etibarən arpa biçininə start verildiyini qeyd edib. "Kombaynlara olan tələbat müəyyən edilib və kombaynlar dislokasiya yerlərinə göndərilib. Mexanizatorların böyük sahələrdə qalmaması üçün 6-7 manatla kiçik stimullaşdırma nəzərdə tutulub".

Aytən Zəhra
Azvision.az

Teqlər: Taxıl   Biçin   Kombayn