“Fərmanda hər bir sahə üzrə konkret tapşırıqlar verilib” - PA rəsmisi

  20 May 2019    Oxunub : 1183
“Fərmanda hər bir sahə üzrə konkret tapşırıqlar verilib” - PA rəsmisi
Bu gün Azərbaycanda bütün sahələrdə islahatlar davam etdirilir. Azərbaycanda məhkəmə-hüquq sahəsində yeniliklərlə bağlı müvafiq Fərman imzalanıb.
Azvision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev “Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda keçirilən tədbirdə deyib.

V.İsayev qeyd edib ki, Prezident İlham Əliyevin məhkəmə islahatları ilə bağlı imzaladığı Fərmanda əsas istiqamətlərdən biri məhz sahibkarlığın inkişafına şərait yaratmaqdır.

"Son dövrdə həyata keçirilən islahatlar bunu deməyə əsas verir ki, məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var. Bütövlükdə Fərmanın əsas məqsədi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi, məhkəmələrin nüfuzunun artırılmasıdır. Fərmanda hər bir sahə üzrə konkret tapşırıqlar verilib. Belə ki, cinayət mühakiməsi icraatı istiqamətində qanunvericiliyin humanistləşdirilməsinin davam etdirilməsi, prokurorluq və vəkilliklə bağlı konkret tapşırıqlar müəyyənləşdirilib".

Azvision.az

Teqlər: PA   Məhkəmə   Hüquq