Saleh Məmmədov qəbul keçirəcək

  15 May 2019    Oxunub : 514
Saleh Məmmədov qəbul keçirəcək
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov mayın 24-də Tərtər rayonunda, idarə heyəti sədrinin müavini Əvəz Qocayev isə Goranboy rayonunda vətəndaşları qəbul edəcəklər.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, S.Məmmədov vətəndaşlarla Tərtər rayonu, Tərtər İdman və Gənclər mərkəzində saat 10:00-da görüşəcək. Qəbulda TərtərBərdə rayonlarının sakinləri iştirak edə bilərlər.

Ə.Qocayev isə Goranboy rayonu, Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Goranboy rayonunun sakinləri iştira edə bilərlər.

Qəbullar zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək. Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

Azvision.az

Teqlər: AAYDA   Qəbul