Qarabağ icmasının “Twitter” hesabı bərpa olunub

Qarabağ icmasının “Twitter” hesabı bərpa olunub
  14 May 2019    Oxunub:1609
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi “Twitter” hesabının üzərinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.
Azvision.az xəbər verir ki, bu barədə icma rəhbəri Tural Gəncəliyev bildirib.

"Gələcəkdə İcmamıza qarşı bu kimi halların davam edəcəyini və İcmaya qarşı saxta iddia və şikayətlərin ola biləcəyini ehtimal edərək, İcmanın rəsmi hesabının bir daha bağlanmaması üçün səhifəni dəstəkləməyə və paylaşmağa çağırıram"-, deyə T.Gəncəliyev vurğulayıb.



Azvision.az


Teqlər: İcma  





Xəbər lenti