Türkiyədə atışma olub, 10 nəfər yaralanıb

Türkiyədə atışma olub,  10 nəfər yaralanıb
  13 May 2019    Oxunub:2048
Türkiyənin Səlcuqlu rayonunda yerləşən kafelərdən birində silahlı insident baş verib.
Azvision.az xəbər verir ki, kafedə iki nəfər arasında başlayan dava qanlı cinayətə səbəb olub. Tərəflər silaha əl ataraq ətrafa atəş açıblar.

İnsident nəticəsində 10 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Cinayəti törədən şəxslər hadisə yerindən qaçıblar.

Azvision.az



Teqlər: Türkiyə   İnsident  





Xəbər lenti