“O əsl general idi” - Abbasquliyev barədə

“O əsl general idi” - Abbasquliyev barədə
  22 Noyabr 2013    Oxunub:3191
“Məhəmməd müəllimlə Sərhəd Xidmətində keçirilən tədbirlərin birində tanış olmuşduq. Sonradan dəfələrlə dövlət və sərhədçilərin tədbirlərində görüşmüş və onu yaxından tanıya bilmişdim”.
Bu fikriləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bu gün iş otağında dünyasını dəyişən Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev barədə təəssüratlarını bölüşərkən bildirib.

Generalın ölümündən kədərlənən deputat onu yaxından tanığını deyib.

“May ayında isə birlikdə Lənkərana sərhəd zastavasına birlikdə gedik. Yolda kasıb bir ailədən çıxmağından, SSRİ dövründəki hərbi qulluğundan, 1992-ci ildə Qarabağ döyüşlərinə görə Vətənə qayıtmağından danışdı. Xaraktercə təmkinli, zəhmətkeş, məsuliyyətli və səmimi bir insan idi. O əskəri , tabeliçiyində olan zabiti çox gözəl başa düşürdü, onlara qarşı çox diqqətcil idi. Onun dünyasını dəyişməsinə inana bilmirəm, o çox tez getdi, onun yeri çox görünəcək.

Uşaqları hələ tam ərsəyə gəlməmişdi, məktəb yaşlı oğlu ilə nəfəs alırdı. Allah rəhmət eləsin”.

AzVision.az


Teqlər:





Xəbər lenti