ABŞ səhiyyəsi: Kasıbsansa – öl!
Səhiyyə xidmətlərinin aşağı səviyyədə olması və bahalığı Nyu-Yorklu musiqi prodüseri Stiven Braunun nümunəsində aydın görünür. Ötən yay küçənin ortasında təsadüfən yıxılaraq huşunu itirən prodüser xəstəxanay çatdırılır. Üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə, adətən evsiz və sahibsiz insanların gətirildiyi pulsuz “Belleview” xəstəxanasına çatdırılan Stiven Brauna heç kim yardım göstərmir. Burda müalicə aldığı müddətdə Braunun çirkli çarpayısı xəstəxananın dəhlizində qalır.
- Mənim çarpayımın mələfəsi 2 həftə idi ki, dəyişdirilmirdi. Yanıma gündə iki dəfə yaxınlaşan tibb bacısı məni naməlum həbləri qəbul etməyə sövq edir və hansı xəstəxanada olduğumu demirdi,- söyləyən prodüser yalnız 45 min dollarlıq müalicə xərclərini ödəyəcəyinə zəmanət verəndən sonra vəziyyət dəyişib.
Bu, Amerika Səhiyyə sisteminin əsasıdır: öncə pul, sonra xidmət. Amerika Səhiyyəsindəki kritik vəziyyət barədə bir çox ekspertlər danışır. Orada tibbi sığortanın qiyməti il ərzində 5-7 min dollar arasında dəyişir. Görünən odur ki, Qlobal Maliyyə böhranından sonra sadə amerikalılar sığorta pulunu ödəmək imkanında deyillər. Hətta buna görə tibbi yardım almayacaqlarını bilsələr də.
Səhiyyə təşkilatlarının məlumatına görə, tibbi sığorta olmadan Amerika vətəndaşının ölmək riski 40% artır. Ümumilikdə isə, 45 milyon əmək qabiliyyətli amerikalı sığortasızdır.
- Tibb sığortası olmayan amerikalıların sayı çox artıb, - deyən sosioloq Cerald Şulman bildirir ki, bu insanlar müvəqqəti işsiz və 34 yaşına çatmamış gənclərdir.
Amerika Səhiyyə sisteminin dəyişilməsinə ehtiyac o qədər çox idi ki, Barak Obama öz seçkiöncəsi kampaniyasını əsasən tibbi sığorta sistemində islahatlar keçirməsi vədilə həyata keçirmişdi. Lakin onun sığorta polisi olmayan bütün amerikalıları aztəminatlılar üçün nəzərdə tutulan tibbi sığrta proqramına daxil etmək niyyəti müqavimətlə üzləşib.
Sığrta şirkətlərinin xidmətlərindən yararlanmayan insanlar üçün tibbi xidmətlər çox bahadır. Məsələn, kolonoskopiya proseduru üçün 7000 dollar, diaqnostika üçün 9000 dollar ödəmək lazım gəlir. Yoğun bağırsaqda yaranan xoşxassəli polipin kəsilməsi haradasa 20000 dollara başa gəlir.
Bundan belə nəticəyə gəlmək olar ki, Ameriika səhiyyəsi mütəşəkkil qurulan biznes sahəsidir. Məlumatlara görə, amerikalılar tibbi xidmətlərə ildə 2,7 trilyon dollar xərc çəkirlər ki, bu da bir çox ölkələrin Ümum Daxili Məhsulunun həcmindən də böyükdür. Bir şey aydındır ki, bu 2,7 trilyon dolların heç olmasa yarısı birbaşa səhiyyəyə xərclənsə idi, bu gun Amerika tibbi xidmətin səviyyəsinə görə dünyada dördüncü onluqda yerləşməz, sadə amerikalılar isə tibbi xidmət qarşılığında müflis olmaqdan qorxmazdılar.
AzVision.az
Teqlər: