Məşhur diktorlar yenidən AzTV-də

  01 May 2019    Oxunub : 1599
Məşhur diktorlar yenidən AzTV-də
Azərbaycan Dövlət Televiziyasının sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov vaxtilə AzTV-də işləmiş radio və televiziya diktorlarını görüşə dəvət edib.
Azvision.az xəbər verir ki, bu barədə görüşdə iştirak etmiş tanınmış diktor Nailə İslamzadə məlumat paylaşıb.

"Bu gün AzTv-nin sədr müavini və sədr səlahiyyətlərini icra edən Rövşən müəllim bizi, radio və televiziya diktorlarını, görüşə dəvət etdi. İllərlə nəinki efirə, AzTv-nin həyətinə girməyə belə həsrət qalan diktorlara birlikdə işləmək və təcrübələrindən faydalanmaq istədiyini bildirdi. Onun bizə verdiyi dəyər, əslində onun özünü ucaltdı"-, deyə N.İslamzadə bildirib.

Azvision.az

Teqlər: AzTV   Diktor