Aqrar sığorta ödənişi neçə günə veriləcək?

  26 Aprel 2019    Oxunub : 1270
 Aqrar sığorta ödənişi neçə günə veriləcək?
Aqrar sığorta ödənişinin neçə gün müddətində verilməsi müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu barədə yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində qeyd olunub.

Qanun layihəsinin 17-ci (Aqrar sığorta ödənişi haqqında qərar) maddəsində bildirilib ki, sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” qanunda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Aqrar-Sığorta   Ödəniş