Masallıda üç maşın toqquşdu, ölən var

  25 Fevral 2019    Oxunub : 1973
Masallıda üç maşın toqquşdu, ölən var
Masallıda ağır yol qəzası baş verib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 23-də saat 11 radələrində Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində Biləsuvar rayon sakini R.İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolun əks istiqamətinə çıxaraq Ağdam rayon sakini A.Ağayevin idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşduqdan sonra yolun kənarında dayanan, Cəlilabad rayon sakini M.Məlikova məxsus “Great Wall” markalı avtomobilə çırpılıb.

Nəticədə A.Ağayev hadisə yerində ölüb, R.İsmayılovun bir sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza