Dörd nəfərdən ov tüfəngi götürülüb

Dörd nəfərdən ov tüfəngi götürülüb
  25 Fevral 2019    Oxunub:2972
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Saatlı rayon sakinləri E.Rzayevdən, M.Zeynalovdan, T.Abuşovdan və A.Zeynalovdan 4 ədəd “İJ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   silah  





Xəbər lenti