Ötən il 2752 əkiz, 117 üçəm doğulub

  18 Fevral 2019    Oxunub : 1173
 Ötən il 2752 əkiz, 117 üçəm doğulub
2018-ci ildə 138 982 nəfər doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil etmişdir.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, körpələrdən 2752-si əkiz, 117-si isə üçəm doğulanlardır. Bu göstərici Dağlıq Şirvan (əhalinin hər min nəfərinə 16,3), Lənkəran, Aran və Quba-Xaçmaz (15,4), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.

Ötən il ölkədə 57250 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,8 təşkil edib.

Azvision.az

Teqlər: DSK   Əkiz   Üçəm