Yeni akula növü aşkarlanıb

Yeni akula növü aşkarlanıb
  13 Noyabr 2013    Oxunub:5130
Cənubi Korolinada yeni çəkic akulası növü tapıldı.
AzVision.az `The Christian Science Monitor`a istinadən xəbər verir ki, alimlər Cənubi Karolina sahillərində tam yeni akula növü aşkar ediblər. Elmə məlum olmayan bu növ təsadüf nəticəsində tapılıb və çəkic akulası nəslindəndir. Karolina sahilləri boyu şayların kənarında artım etdiyi üçün və bu zonadan digər yerlərdə çox görsənmədiyini nəzərə alaraq balıq Karolina çəkici adı alıb. Unikal balıq haqda hələ çox az məlumat toplamaq olub. Dişli çəkic akulasına çox bənzəməsinə baxmayaraq (ola bilər elə bu hal onun gec tapılmasına səbəb olub) yeni növ qenetik xüsusiyyətlərinə görə və fəqərə sümüklərinin azlığı ilə ondan fərqlənir.

Qeyd edək ki, akulaların sayı son 20-30 il ərzində demək olar ki, 90 faiz azalıb. Akulaların kütləvi qırğınına bir səbəb kimi Çində akula ətinin çox xoşlanması da qeyd edilir. Alimlər qeyd edir ki, təkcə bu səbəbdən 100 milyona yaxın akula öldürülüb.


Teqlər:  





Xəbər lenti