ABŞ-ın dövlət borcu rekord həddə çatıb

 ABŞ-ın dövlət borcu rekord həddə çatıb
  13 Fevral 2019    Oxunub:1753
ABŞ-ın dövlət borcu tarixdə ilk dəfədir ki, rekord həddə çataraq 22 trilyon dolları keçib.

Azvision.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, hazırda ABŞ-ın dövlət borcu 22,012 trilyon dollardır. Lakin 2019-cu ilin fevralın əvvəlindən başlayaraq bu rəqəm daha 90 milyard dollar artıb.
Həmçinin, ABŞ-ın dövlət borcu təkcə son 11 ay ərzində bir trilyon dollar çoxalıb.

“Usa Today” isə bildirir ki, Donald Trampın prezidentliyi dövründə ABŞ-ın dövlət borcu sürətli templərlə artmağa başlayıb. Buna səbəb Trampın vergi islahatları və hərbi xərcləri artırmasıdır. Təkcə ötən maliyyə ili üzrə ABŞ-ın büdcə kəsiri 17 faiz çoxalaraq 779 milyard dollara çatıb.

Qeyd olunur ki, ABŞ hökumətinin büdcə xərclərinə heç cür nəzarət olunmadığından, ölkənin dövlət borcu artmağa davam edəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: ABŞ   Borc  





Xəbər lenti