Qarabağda daha bir erməni əsgər ölüb

   Qarabağda daha bir erməni əsgər ölüb
  13 Fevral 2019    Oxunub:2341
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində düşmən ordusunun 19 yaşlı əsgəri ölüb. Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Frunzik Valeryeviç Tamazyan saat 18:00 radələrində qara ciyər çatışmazlığı və ürək dayanması diaqnozu ilə Ağdərə hərbi hospitala çatdırılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, saat 20:30-da əsgərin bioloji ölümü qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti