Rumıniya Avropada nüvə raketləri yerləşdirilməsinə qarşıdır

  12 Fevral 2019    Oxunub : 818
Rumıniya Avropada nüvə raketləri yerləşdirilməsinə qarşıdır
ABŞ və Rusiyanın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilədən çıxmaq barədə bəyanatlarından sonra yeni silahlanma yarışı təhlükəsi fonunda Avropada yeni nüvə raketlərinin yerləşdirilməsi yolverilməzdir.
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasına sədrlik edən Rumıniyanın xarici işlər naziri Teodor Meleşkanu “Welt” qəzetinə müsahibəsində deyib.

“Əgər Moskva dialoq istəmirsə, biz uyğun cavab tapmağa məcburuq. Amma Avropada nüvə raketlərini yerləşdirmək, əlbəttə ki, pis cavab olardı. Mən Avropada, eləcə də Rumıniyada bunun baş verəcəyini düşünmürəm. Rusiyanı “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilənin qaydalarına yenidən hörmət etməyə və sazişi xilas etməyə çağırıram” – Meleşkanu vurğulayıb.

Rumıniya XİN rəhbəri onu da bildirib ki, ABŞ-ın müqavilədən çıxmaq istəyinə görə olduqca narahatdırlar, amma Vaşinqtonun çıxmaq qərarının rəsmən qüvvəyə minməsi üçün hələ yarım il var və bu, ümidlənməyə imkan verir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Rumıniya   Rusiya   ABŞ   Avropa