Söyün Sadıqov Rusiyada həbs edildi

   Söyün Sadıqov Rusiyada həbs edildi
  12 Fevral 2019    Oxunub:3985
Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü olmuş Söyün Sadıqov Rostov vilayətində həbs edilib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, S.Sadıqov biznesmenlərin birindən bir hektar torpaq və 100 milyon rubl tələb etməkdə ittiham edilir. Sadıqova qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Əgər günahı sübuta yetirilərsə, onu 10 ilə yaxın həbs cəzası gözləyir.

İstintaq hesab edir ki, Sadıqov tanışları ilə birlikdə hədə-qorxu gələrək "Nebuq" şirkətindən pul və torpaq sahəsi tələb edib. Nəticədə şirkətin rəhbəri polisə müraciət edib. Sadıqov şirkət rəhbərindən 5 milyon rubl aldıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hazırda S.Sadıqov İstintaq Təcridxanasında məhkəmənin qərarını gözləyir.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Söyün-Sadıqov  





Xəbər lenti