Ermənistanda çörək yenə bahalaşıb

  12 Fevral 2019    Oxunub : 844
Ermənistanda çörək yenə bahalaşıb
Ermənistanda ötən həftədən etibarən çörəyin qiyməti yenidən bahalaşıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazıb. Bildirilib ki, çörəyin qiymətinin qalxması Ermənistanın milli valyutası dramın növbəti dəfə devalvasiyaya uğramasilə əlaqədardır.
“Dram xarici valyuta qarşısında nə qədər dəyərdən düşürsə, un da bir o qədər bahalaşır, özü də, demək olar ki, bir andaca. Səbəb isə odur ki, Ermənistanda unun topdan satışı dollarla həyata keçirilir. “Məxməri inqilab”dan əvvəl də belə idi və indi də Ermənistanda eyni vəziyyətdir. Yəni əvvəlki hakimiyyətin dövrü ilə müqayisədə müsbətə doğru dəyişən heç nə yoxdur.

Unun bahalaşması nəticəsində isə çörək və digər un məmulatlarının da qiyməti qalxır. Bu da əhalinin çörəkdən daha çox istifadə edən kasıb təbəqəsinin yaşayışına ciddi təsir edir. Və bütün bu bahalaşmalar və devalvasiya Ermənistanın yeni hökumətinin ölkədə ifrat yoxsulluğu aradan qaldıracağına söz verdiyi bir vaxtda baş verir” – qəzet yazıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan