İranda polisləri öldürən 9 nəfər həbs olunub

İranda polisləri öldürən 9 nəfər həbs olunub
  12 Fevral 2019    Oxunub:1342
2 həftə əvvəl İranın Xuzistan əyalətinin Mahşəhr kəndində biri əsgər, 2-si polis olmaqla təhlükəsizlik qüvvələrinin üç əməkdaşının öldürülməsi ilə əlaqədar aparılan istintaq nəticəsində 9 şübhəli həbs olunub.
Azvision.az xəbər verir ki, bu barədə Xuzistan əyalətinin polis rəisi Heydər Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, cinayətdə şübhəli bilinən 9 nəfərlə yanaşı, hücum zamanı istifadə olunan 2 silah və bir mikroavtobus da sübut kimi ələ keçirilib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Xuzistan  





Xəbər lenti