FETÖ işi - 1112 nəfərin həbsinə qərar verildi

  FETÖ işi  - 1112 nəfərin həbsinə qərar verildi
  12 Fevral 2019    Oxunub:1920
Ankara Cümhuriyyət Baş Prokurorluğunun 2010-cu ildə keçirilən polisdən komissarlığa keçid İmtahanı ilə bağlı apardığı istintaq çərçivəsində Türkiyənin 76 əyalətində FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə əlaqədə şübhəli bilinən 1112 nəfərin həbsi barədə qərar çıxarılıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, istintaq nəticəsində FETÖ-nun imtahan suallarını əvvəlcədən əldə edərək terror təşkilatının üzvlərinə ötürdüyü üzə çıxıb.

Sualların göndərildiyi 76 əyalətdə bu işdə əli olan 1112 nəfərin həbs edilməsi üçün Türkiyə Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə departamenti əyalət polisləri ilə eyni vaxtda xüsusi birgə əməliyyat başladıb.

Eyni zamanda, FETÖ-nun köməyi ilə sualları əvvəlcədən əldə edərək komissar köməkçisi vəzifəsinə keçən 45 şübhəli barəsində də həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Türkiyədəki 2016-cı il dövlət çevrilişi cəhdindən sonra indiyədək 77 mindən çox şübhəli həbs edilib. Həmçinin, ümumilikdə 150 min dövlət qulluqçusu və hərbçi FETÖ ilə əlaqədə təqsirli bilinərək ya işdən qovulub, ya da saxlanılıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   FETÖ  





Xəbər lenti