Fransada tramvay qəzası, 12 nəfər yaralanıb

Fransada tramvay qəzası, 12 nəfər yaralanıb
  12 Fevral 2019    Oxunub:2035
Fransanın İssi-le-Mulino şəhərində tramvayın relsdən çıxaraq yaxınlıqdakı avtobus dayanacağına çırpılması nəticəsində 12 nəfər xəsarət alıb.
Azvision.az xəbər verir ki, bu barədə İssi-le-Mulino şəhərinin "Tvitter"dəki rəsmi səhifəsində məlumat yerləşdirilib.

Qeyd olunub ki, ötən axşam yerli vaxtla saat 21:30-da baş verən insident zamanı yaralanan şəxslər həkim nəzarəti altındadır. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir. Hazırda qəza baş verən ərazidə nəqliyyatın fəaliyyəti bərpa olunub.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Fransa  





Xəbər lenti