Türkiyədə dəhşətli terror planının qarşısını alındı

  11 Fevral 2019    Oxunub : 2152
Türkiyədə dəhşətli terror planının qarşısını alındı
Türkiyədə həyata keçirilməsi nəzərdə tutulan təhlükəli terror planının qarşısı alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, bir həftə əvvəl terrorçulara məxsus partlayıcı ilə yüklənən avtomobil ələ keçirilib: "Terrorçulara xain əməllərini həyata keçirmələri üçün heç bir fürsət vermirik. Bir həftə öncə partlayıcı ilə dolu avtomobili ələ keçirdik. Ölkə xaricində onlara təlimat verənlər də artıq həbs olunub".

Nazir vurğulayıb ki, uğurlu əməliyyatla dəhşətli terror planının qarşısını alınıb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Türkiyə   Terror