Çin Vaşinqtona xəbərdarlıq etdi

  11 Fevral 2019    Oxunub : 1004
 Çin Vaşinqtona xəbərdarlıq etdi
Rəsmi Pekin ABŞ hərbi dəniz qüvvələrinə məxsus 2 esminesin Çinin mübahisəsiz suverenliyi altında olan Cənubi-Çin dənizindəki Nanşa (Spratli) adaları akvatoriyasına icazəsiz şəkildə girişinə qəti etirazını və narazılığını bildirir.
Azvision.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunin keçirdiyi brifinqdə deyib.

ABŞ hərbi gəmilərinin bu davranışları Çinin suverenliyinin həyasızcasına pozulmasıdır və mövcud akvatoriyada sülh, təhlükəsizlik və nizamı sarsıdır. Çin tərəfi buna öz kəskin narazılığını və qəti etirazını bildirir. Biz Amerikanı bu cür təxribatçı fəaliyyətlərinə dərhal son qoymağa çağırırıq. Çin özünün suverenliyi və təhlükəsizliyinin, eləcə də, Cənubi-Çin dənizində sabitliyin qətiyyətli şəkildə qorunması üçün zəruri olan bütün tədbirləri görəcək” – ÇİN XİN-in rəsmisi Vaşinqtona xəbərdarlıq edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Nanşa   Çin   ABŞ