Şoyqu Türkiyəyə gedir

Şoyqu Türkiyəyə gedir
  11 Fevral 2019    Oxunub:1862
Bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyəyə səfər edəcək.
Azvision.az Anadolu agentliyinə istinadla xəbər verir ki, səfər zamanı Şoyqu Türkiyənin müdafiə naziri Hulusi Akarla görüşəcək. Səfər türkiyəli nazirin dəvəti ilə həyata keçirilir.

Görüş zamanı nazirlər Soçidə keçiriləcək Türkiyə-Rusiya–İran görüşü ərəfəsində Suriyanın İdlib şəhərindəki vəziyyət ətrafında fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, fevralın 14-də Soçidə Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında görüş keçiriləcək.

Azvision.az



Teqlər: Şoyqu   Türkiyə  





Xəbər lenti