"Təhsil, elm və innovasiyanın birgə vəhdəti vacibdir" - Nazir müavini

"Təhsil, elm və innovasiyanın birgə vəhdəti vacibdir" -  Nazir müavini
  11 Fevral 2019    Oxunub:2602
"Hazırda elmi biliklərin həcminin artırılması, yeni elm sahələrinin yaradılması, yeni istiqamətlərin formalaşması elmi məzmunda və onun fəaliyyətində bir sıra dəyişikliklərin edilməsini zəruri edir"
Azvision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib. O, bildirib ki, bu kontekstdə yaradıcı fəaliyyətin nəticəsi olan keyfiyyət və kəmiyyət dəyişikliklərinə keçidi təmin edən innovasiya əqli mülkiyyət hüquqlarının qorunması aktuallığı önə çəkilir.

İ.İsayev qeyd edib ki, bu baxımdan təhsil, elm və innovasiyanın birgə vəhdəti vacib məsələdir: "Təsadüfi deyil ki, elm tədqiqat, ali təhsil müəssisələrinin təhsil, tədqiqat və innovasiya formatında fəaliyyətin gücləndirilməsinə əsas istiqamət kimi müəyyən edilib. Son illərdə ali məktəblərdə bu istiqamətdə ciddi işlər aparılıb. Sevindirici haldır ki, şagirdlər və tələbələr yaratdıqları start-up layihələri ilə nəinki ölkədə, həmçinin digər ölkələrdə də yüksək qarşılanır və qiymətləndirilir".

Aytən Zəhra
Azvision.az



Teqlər: İdris-İsayev  





Xəbər lenti