Kəmaləddin Heydərov: “Zəlzələ nəticəsində ciddi uçqun olmayıb”
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, bunu zəlzələnin nəticələrinin araşdırılması məqsədilə fevralın 6-da bölgəyə gələn fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə müsahibəsində deyib.
"Ümumiyyətlə, bu dərəcədə olan zəlzələ nəticəsində fəsadların cüzi olması sevindiricidir. Belə ki, itki olmayıb, evlərdə və digər binalarda ciddi uçqun və ya qəza olmayıb. Bəzi evlərdə içəridən və bayırdan divarların uçması halları baş verib. Dövlətimizin başçısının tapşırığı ilə FHN-in komissiyası Şamaxı ilə yanaşı, İsmayıllı, Ağsu rayon icra hakimiyyətlərinin fövqəladə hallar komissiyaları ilə birgə işləyirlər. Araşdırmanın nəticəsində müvafiq qərar qəbul olunacaq. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da göstəriş verib. Fondun könüllüləri də bu işdə iştirak edəcəklər”, - deyə nazir Kəmaləddin Heydərov vurğulayıb.
Azvision.az