“İcbari tibbi sığortaya böyük ehtiyac var” - Baş nazirin müavini
Azvision.az xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Baş nazirin müavini deyib ki, qarşıdakı il ərzində bütün xəstəxanaların bu istiqamətdə hazırlanması ilə əlaqədar lazım olan işlər aparılacaq: "İnanıram ki, pilot layihələr zamanı toplanmış təcrübələr kifayət edir ki, bir il ərzində xəstəxanalar icbari tibbi sığorta üçün hazırlansınlar. Güman edirəm ki, hazırlanacaqlar. Hesab edirəm ki, Azərbayacanın icbari tibbi sığorta sahəsindəki təcrübəsi uğurlu olacaq və vətəndaşlar ehtiyac hiss etdikləri bu məsələdən faydalanacaqlar".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Əli-Əhmədov