Komitə küçədə tapılan uşaqlarla bağlı qərar verməyə tələsmir

  Komitə küçədə tapılan uşaqlarla bağlı qərar verməyə tələsmir
  05 Fevral 2019    Oxunub:1901
Bərdə rayonunda anası tərəfindən küçəyə atılan uşaqlarla bağlı yekun qərar verilməyib.
Bu barədə Azvision.az -a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Komitə rəsmisi deyib ki, həmin ailə barədə monitorinq komissiyası rəy verməlidir və bundan sonra hansı addımların atılacağı müəyyən ediləcək.

“Qohumları və digərləri sorğu sual edilməlidir. Uşaqların qohumlara verilməsi və ya uşaq evinə yerləşdirilməsi mümkündür. Bizim tərəfdən də deyilə bilər ki, ananın iş yeri təmin edilməklə uşaqlar onda qalsın. Fərqli variantlar çoxdur. Hazırda uşaqlar tam təhlükəsiz şəraitdədirlər, səhhətləri qaydasındadır”.

Qeyd edək ki, Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb. Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Uşaqların anasının Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova olduğu müəyyən edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Komitə   Bərdə   Uşaq  





Xəbər lenti