Deputat: “Cəmiyyətimizin geriliyinin əsas səbəbi...”

  07 Mart 2013    Oxunub : 357
Deputat: “Cəmiyyətimizin geriliyinin əsas səbəbi...”
Azərbaycan qadınının sözün bütün mənasında Xanım olaraq yetişməsi üçün xanımlar üçün xüsusi kolleclərin açılmasına zərurət var.
AzVision.az-ın məlumatına görə, bu haqda Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa danışıb.

“Sabah 8 mart Qadınlar günü olaraq qeyd olunur. Təqvimdə istirahət günüdür. Sosial şəbəkədə bəzən Qadınlar Günü və Novruz Bayramı ilə bağlı neqativ mövqelərə də rast gəlinir. Hər kəs öz əsaslandırmasında haqlı ola bilər. Xüsusilə də dini nöqteyi nəzərdən fərqli yanaşmalar ortaya qoyula bilər. Bununla belə mən bu məsələlərdə maksimalst mövqenin tərəfdarı deyiləm. İlin heç olmazsa bir günündə qadınların xatırlanması, onlara diqqət yetirilməsi təbii ki, çox azdır, ancaq bununla belə bayram kimi qeyd olunmasının da beynəlxalq bir ənənə kimi yaşadılmasının hansısa yanlışlığını görmürəm. Novruz Bayramının da bəzi qədim dini inanclarla əlaqələndirilməsində haqlılıq payı olduğunu düşünsəm də, bütün hallarda xalqımızın əsrlər boyu yaşatdığı ənənələrdən biri kimi bir həmrəylik aurası yaratdığını gözardı edə bilmərəm. Məncə, həm Qadınlar Bayramı, həm də Novruzla bağlı insanlarımızda fikir çaşbaşlığı yaratmağa çalışmaqdan çəkinilmək lazım.
Azərbaycan qadını -həqiqətən bütün meyarlar üzrə hüquqları ən çox pozulan, təhsil, sağlıq, mülkiyyət, şəxsi toxunulmazlıq, siyasi hüquqları məhdud olan bir Qadın obrazıdır. Cəmiyyətimizin geriliyinin əsas səbəbi Qadının - Ananın bir şəxsiyyət kimi formalaşma imkanlarının məhdud olmasında axtarılmalıdır. Azərbaycan qadınının sözün bütün mənasında Xanım olaraq yetişməsi üçün Xanimlar üçün xüsusi Kolleclərin açılmasına zərurət var. Eyni xaxtda dərzilik, musiqi, xarici dillər, dini bilgilər, etlket qaydaları, kulinariya, Tibbi bilgilər, müxtəlif elmlərin öyrənilməsi gələcəkdə Ana olacaq hər kəs üçün əlçatan olmalıdır.
Doğmam, yaxınım, uzağım- istisnasız olaraq hər bir ləyaqətli Azərbaycan xanımına iztirabsız və xeyirli ömür diləyirəm.”

Teqlər: