Sərnişini vurub qaçan şəxsə hökm oxundu

  07 Mart 2013    Oxunub : 380
Sərnişini vurub qaçan şəxsə hökm oxundu
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi
birgə məlumat yayıb.
Məlumata görə, fevralın 27-də saat 06:50 radələrində paytaxtın Yasamal rayonu ərazisində, İnşaatçılar prospekti 24 ünvanında naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq piyada Əbdülova Badam Rəcəb qızını vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən yol nəqliyyat hadisəsinin «Mersedes Benz-C 200» markalı «10-VX-861» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Bakı şəhər sakini Həsən Abbasov tərəfindən törədilməsi müəyyən edilib.
Cinayətin törədilməsində şübhəli bilinən H.Abbasov martın 4-də tutularaq istintaqa cəlb olunub və ona Cinayət Məcəlləsinin qeyd olunan maddələrilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.

AzVision.az

Teqlər: