Əkrəm Əylisi Türkiyəyə köçməsindən danışdı

Əkrəm Əylisi Türkiyəyə köçməsindən danışdı
  07 Mart 2013    Oxunub:1232
Sabiq xalq yazıçısı Türkiyəyə köçməsi barədə yayılan məlumatlara aydınlıq gətirdi
“Mən artıq bu söhbətlərlə bağlı danışmaq istəmirəm”. AzVision.az-a açıqlamasında bu sözləri sabiq Xalq yaçızısı Əkrəm Əylisli deyib.
Yazıçı Türkiyədən dəvət gəlsə, ora köçə biləcəyinizi bildirmişdiniz, indi nə fikirdəsiniz sualına belə cavab verib: “Mənim üçün artıq bu söhbətlər qurtarıb. Mən bu barədə danışmaq istəmirəm”-deyə, Əkrəm Əylisli qeyd edib.

Qeyd edək ki, bir müddət öncə türk mətbuatına müsahibə verən yazıçı artıq Azərbaycanda yaşamağın çətin olduğunu bildirmişdi: “Azərbaycanda o qədər hadisə oldu ki, yazdıqlarım kitablardan çıxarıldı, əsərlərim teatrlarda oynanılmır. Burada yaşamaq getdikcə çətindir. Ölkəmdən getməyə qərar versəm, Türkiyəyə gedərəm. Özümü ölkəmdən sonra yaxşı hiss edə biləcəyim yer Türkiyədir. Çünki biz qardaş ölkələrik. Amma kiminsə məni dəvət etməsi lazımdır”.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti