Bir gündə 102 cinayətdən 13-ü "isti izlər"lə açıldı

 Bir gündə 102 cinayətdən 13-ü "isti izlər"lə açıldı
  04 Yanvar 2019    Oxunub:1421
Yanvarın 3-dən 4-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 102 cinayət faktı qeydə alınıb, onların 13-ü "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Azvision.az



Teqlər:





Xəbər lenti