Bu yolda sürət həddi azaldıldı

Bu yolda sürət həddi azaldıldı
  03 Yanvar 2019    Oxunub:1387
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Qurum sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edir.

Azvision.az


Teqlər: BNA   Yol  





Xəbər lenti