Qanunsuz ov edən şəxslər saxlanılıb

Qanunsuz ov edən şəxslər saxlanılıb
  03 Yanvar 2019    Oxunub:2210
Yanvarın 1-də daxil olmuş məlumat əsasında Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ağdam rayon Üçoğlan kəndi ərazisində qanunsuz ov etmək istəyən rayon sakinləri Eyvaz Nayıbov və Rafayıl Piriyev saxlanılaraq şöbəyə gətirilib.



Onlardan müvafiq sənədləri olmayan “İj-16” və “İj-12” markalı ov tüfəngləri götürülüb. Həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində daha bir qanunsuz ovun qarşısı alınıb. Rayon sakini Elçin Heydərov Əfətli kəndi ərazisində qanunsuz ov edərkən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi də götürülüb.

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.

Azvision.az


Teqlər: Ov   Ağdam  





Xəbər lenti