ŞOK - Mindən çox uşaqbaz ifşa edildi - VİDEO, FOTO

ŞOK - Mindən çox uşaqbaz ifşa edildi - VİDEO, FOTO
  07 Noyabr 2013    Oxunub:3753
Hollandiya Qeyri Hökümət Təşkilatı, onlayn seks-turizminə qarşı dəhşətli nəticələri olan layihəyə imza atıb. Rəqəmsal 3d texnologiyası ilə yaradılmış guya Filippindən olan və 10 yaşı olan sosial şəbəkələrdə “Sevimli” (Sweetie ing.) nikli uşaqla mindən çox uşaqbazı tələyə salıblar.

AzVision.az `The Christian Science Monitor`a istinadən xəbər verir ki, Hollandiyada fəaliyyət göstərən `Uşaqlar, onların haqqları və inkişafı`(Terre des Hommes hol.)Qeyri Hökümət Təşkilatı online seks turizminə qarşı olan layihəsində rəqəmsal tələ vasitəsilə internetdə mindən çox uşaqbazı ifşa edib. Ən son 3d texnologiyaları vasitəsilə dəhşətli real görsənən uşaq internetə filippinli, 10 yaşlı və Sevimli niki ilə girib.

10 həftə ərzində `Sevimli` ilə müxtəlif çat otaqlarında 20 min kişi əlaqəyə girib, onlardan 71 ölkədən olan min kişi uşağa pul təklif edib (bax şək.2. 35 yaşlı kişi ilə söhbət).

Cinayətkarların çoxu varlı qərb ölkələrindəndir. Bunlardan 254-ü ABŞ, 110-u Böyük Britaniya, 103-ü isə Hindistanın payına düşür.

Qrup bu hərəkəti ilə bütün dünya dövlətlərinə belə rəqəmsal tələdən istifadənin mümkünlüyünü və məsələnin ciddiliyini göstərməyə çalışır. O yaydığı videonu bir neçə dilə tərcümə edərək `youtube` portalında nümayiş etdirir. Belə ki, təşkilatın iddiasına görə polis vasitəsilə online seks turizmlə məşğul olan və çox tez yayılan bu insanları üzə çıxartmaq mümkün olmur.

BMT-nin hesablamalarına görə internet şəbəkəsində hər saniyə 750 min `online` pedofil olur. Təkcə Filippində belə pedofillərin seks-qurbanları 10 minlərlə uşaq olur. Buna baxmayaraq uşaqbazlıq problemi günü-gündən çətinləşir.

Təşkilatın əməliyyatını bəzi ekspertlər hüquqi baxımdan şübhəli saysalar belə videoda görəcəkləriniz sizi şoka salacaq. Videoda həmçinin 3d online Sevimlinin yaranma prosesi də göstərilir. Sevimlini veb kamera qarşısında isə xüsusi cihazlar quraşdırılmış artist ifa edir.

Təşkilatın uşaq seks-turizminə qarşı olan vəsadətinə qol çəkmək üçün isə bu linkə müraciət edin. (https://azvision.az/redirect.php?url=http://www.terredeshommes.org/)




Teqlər:  





Xəbər lenti