Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov deyib. Onun sözlərinə görə, əgər 2014-cu ildə respublikada körpə ölümü göstəricisi 10,2 promilli idisə, 2018-ci ildə beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla bu rəqəm 11,0 promilli təşkil edir.
Şöbə müdiri qeyd edib ki, bu günə qədər 1000 qram və az çəki ilə doğulan 353 körpədən 126-ni xilas etmək mümkün olub. Qeyd olunub ki, son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb.
Azvision.az