Sabahdan 5 günlük bayram tətili başlayır

   Sabahdan 5 günlük bayram tətili başlayır
  28 Dekabr 2018    Oxunub:2771
Sabahdan başlayaraq Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.

Azvision.az xəbər verir ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür.
Beləliklə, dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən ölkədə 5 gün – dekabrın 29, 30 və 31-də, yanvarın 1 və 2-də iş olmayacaq.

Qeyd edək ki, yanvarın 3-ü növbəti iş günüdür.

Azvision.az


Teqlər: Yeniil   Bayram  





Xəbər lenti