6 ayda 458 uşaq övladlığa verilib, 223-ü qızdır
Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, övladlığa verilən uşaqların 223 nəfəri qızdır.
Bu il 1-5 yaşda olan 191 uşaq övladlığa verilib, bunlardan 83 nəfəri qızdır. Bu yaşda 2 oğlan uşağı əcnəbi vətəndaşlara övladlığa verilib. 6-10 yaş arasında 87 uşaq övladlığa götürülüb ki, 40 nəfəri qızdır. Bu yaşda 1 oğlan uşağı əcnəbi övladlığa verilib.
11-17 yaş arasında isə 63 uşaq övladlığa verilib, 34 nəfəri qızdır. Bu yaşda olan uşaqlardan 5 nəfər əcnəbi vətəndaşa övladlığa verilib, onun isə 1-i qızdır.
Cari ilin birinci yarısında övladlığa götürülməsi barədə qərarları ləğv edilən uşaqların sayı 36 nəfərdir. Bunlardan 11 nəfəri qızdır. Əsasən 11-17 yaşda 27 uşağın, 6-10 yaşda 8 uşağın, 1-5 yaşda 1 uşağın övladlığa verilməsi barədə qərar ləğv edilib.
Aytən Zəhra
Azvision.az
Teqlər: Statistika