“Bölgədə vəziyyət bizim xeyrimizə dəyişir” - Prezident

 “Bölgədə vəziyyət bizim xeyrimizə dəyişir” -  Prezident
  24 Dekabr 2018    Oxunub:1738
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeronda məcburi köçkünlərlə görüşü zamanı deyib.
"Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır" deyən dövlət başçısı bildirib ki, bunu ədalət, tarix və beynəlxalq hüquq tələb edir.

Prezident, həmçinin bildirib ki, bu gün iqtisadi, hərbi cəhətdən Ermənistan və Azərbaycan fərqli kateqoriyalardan olan ölkələrdir. Və eyni zamanda bölgədə gedən proseslər, bizim qonşu ölkələrlə münasibələrimizin möhkəmləndirilməsi bölgədə də vəziyyəti bizim xeyrimizə dəyişdirir. Dövlət başçsısı 2019-cu ildə münaqişə ilə bağlı müəyyən addımlar atılacağına əminliyini ifadə edib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti