Mehdi Hüseynzadənin xatirəsi yad edilib

Mehdi Hüseynzadənin xatirəsi yad edilib
  22 Dekabr 2018    Oxunub:1694
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən dekabrın 22-də əfsanəvi partizanın abidəsi önündə anım mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti, Mehdi Hüseynzadənin ailə üzvləri, xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.



Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev fəxri qarovulun müşayiəti ilə abidə önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbir açıq elan edilib.



Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, ehtiyatda olan polkovnik Abdulla Qurbani qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verilib, onun göstərdiyi şücaətdən danışıb.



Mehdi Hüseynzadənin ailə üzvləri adından çıxış edən Mehdi Əzizbəyov göstərilən diqqətə və ehtirama görə ölkə başçısına və ordu rəhbərliyinə, eləcə də tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib.

Sonda Mehdi Hüseynzadənin abidəsi önündə xatirə şəkli çəkdirilib.



Azvision.az



Teqlər: Mehdi-Hüseynzadə  





Xəbər lenti