3 penitensiar kompleks istifadəyə veriləcək

3 penitensiar kompleks istifadəyə veriləcək
  19 Dekabr 2018    Oxunub:1494
Azərbaycanda 2023-cü ilədək 3 penitensiar kompleksistifadəyə veriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Proqramda 2019-2023-cü illər ərzində Bakı şəhəri Umbakı qəsəbəsində yeni həbsxananın, qadın və yetkinlik yaşına çatmayan şəxslər üçün penitensiar kompleksin, Gəncə və Lənkəran şəhərlərində qarışıq tipli penitensiar komplekslərin tikintisinin başa çatdırılması və onların istifadəyə verilməsi nəzərdə tutulur.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Həbsxana  





Xəbər lenti