DİN torpaq uçqunu ilə bağlı məlumat yaydı

DİN torpaq uçqunu ilə bağlı məlumat yaydı
  07 Mart 2013    Oxunub:1500
Daxili İşlər Nazirliyi Göyçay şəhərində baş vermiş torpaq uçqunu ilə bağlı məlumat yayıb.

Martın 6-da Göyçay şəhəri ərazisində, su-kanalizasiya xətti çəkilməsi üçün aparılan qazıntı işləri zamanı torpaq sürüşməsi baş verib. Nəticədə orada işləyən Ağdaş rayon sakini Xaləddin Əhmədov və Tovuz rayon sakini Nemət Əliyev torpağın altında qalıb.

Görülmüş tədbirlər nəticəsində hər iki şəxs torpağın altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.



Teqlər:  





Xəbər lenti