Nazir ailə təsərrüfatları ilə tanış olub
Proqram iştirakçıları ilə görüşündə S.Babayev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əsas məqsədi aztəminatlı ailələrin öz təsərrüfatlarını quraraq, kiçik ailə biznesinə çıxışına, öz zəhmətləri, səyləri ilə gəlirlərini artırmalarına, həyat şəraitlərini yaxşılaşdırmalarına imkan yaratmaqdır. Bunun üçün proqram iştirakçılarına mal və materiallar verilməklə, onlara təsərrüfatları idarə etmək və genişləndirmək üçün müvafiq məsləhət xidmətləri ilə göstərilir. Proqram digər tərəfdən kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının inkişafına bir dəstəkdir.
Özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını quran insanlar verilmiş mal və materiallardan səmərəli şəkildə faydalanaraq təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini qeyd ediblər. Onlar aztəminatlı ailələrə sahibkarlığa çıxış imkanı yaradıldığına, ümumən sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması üçün aparılan işlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Azvision.az
Teqlər: ƏƏSMN