Tutanxamonun sirri tapıldı

Tutanxamonun sirri tapıldı
  04 Noyabr 2013    Oxunub:1452
Ən gənc fironun ölümünə səbəb sürətli araba olub.
Misir tarixinin ən çox maraq doğuran fiqurlarından olan firon Tutanxamonun məzarı kəşf edildikdən 91 il sonra bir sirrin üstü açılıb. AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, uşaq yaşlarında ölən fironun sürətli at arabası vurması nəticəsində vəfat etdiyi bəlli olub.

Misir Tədqiqat cəmiyyətinin rəhbəri professor Kris Naunton mumyayı tapan arxeoloq Hovard Karterin daha öncə yayımlanmayan qeydlərini tədqiq edib. Bu araşdırmadan sonra o, fironun araba vurmadan sonra öldüyü qənaətinə gəlib. Onun sözlərinə görə, bu iddialar mumiya üzərində aparılan tibbi ekspertiza zamanıda təsdiqlənib.

Nauton, at arabasının çarxlarının Tutanxamonun sinəsini əzdiyini və bədədnini parçaladığını deyib. Bunun üçündə cəsədi mumyalayanlar bu işi çətinliklə edə biliblər.

İndiyə qədər adıçəkilən fironun cinayət nəticəsində öldüyü güman edilirdi.


Teqlər:





Xəbər lenti