Qəbələnin daha iki kəndinə təbii qaz verilib

Qəbələnin daha iki kəndinə təbii qaz verilib
  06 Dekabr 2018    Oxunub:2354
Bu gün Qəbələ rayonunun Kötüklü və Mıxlıqovaq kəndlərinə ilk dəfə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az- a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 1 082 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 119 537 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Azvision.az


Teqlər: Qəbələ  





Xəbər lenti